“Qalatasaray” futbolçusunu keçmiş komandasına göndərdi
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Əmrə Akbabanı icarəyə verib.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Alanyaspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Akbaba 2022-ci ilin yayına qədər Super Liqa klubunda çıxış edəcək.
Türkiyəli yarımmüdafiəçi 2013-2018-ci illərdə də məhz “Alanyaspor”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin