Riberi İtaliyaya qayıdır

Fransa milli komandasının və “Bayern”in sabiq futbolçusu Frank Riberi karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi A Seriyası təmsilçisi “Salernitana” ilə danışıqlar aparır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, tərəflər arasında razılıq əldə olunduğu bildirilir.

Riberi hazırda azad agentdir. Onun son klubu “Fiorentina” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button