“Barselona”nın sabiq futbolçusu İtaliya klubunda
Uruqvay milli komandasının futbolçusu Martin Kaseresin yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Kalyari”yə keçib. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Kasereslə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Daha əvvəl “Yuventus” və “Barselona” kimi komandalarda çıxış edən Kaseresin son klubu “Fiorentina” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin