“Çelsi” onu yenidən icarəyə göndərdi
İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Denni Drinkuoteri yenidən icarəyə verib.
Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu 2021/22 mövsümünün sonuna qədər “Ridinq”in uğurları üçün çalışacaq. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
“Çelsi” Drinkuoteri 2017-ci ildə “Lester Siti”dən 40 milyon avroya transfer etmişdi. Amma İngiltərə millisinin sabiq üzvü demək olar ki, London təmsilçisində əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən də o, əvvəlki mövsümlərdə də “Bernli”, “Aston Villa” və “Kasımpaşa” kimi klublara icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin