“Bu qələbəni ona hədiyyə edirəm” – Poçettino
İngiltərə Premyer Liqasının son turunda “Kristal Pelas”ı 2:0 hesabı ilə məğlub edən “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, yeni stadionda keçirilən ilk oyunda ilk qələbənin xüsusi olduğunu bildirib:
“Oyunun çətin olacağını bilirdik. Həyəcanlı idik, necə reaksiya verəcəyimizi bilmirdik. İlk hissədə bir az çətinlik çəkdik.
Bu, xüsusi bir an idi. Hazırda dünyanın ən yeni stadionuna sahibik. Prezidentin möhtəşəm layihəsindən məmnunam. Bu qələbəni ona hədiyyə edirəm. “Tottenhem” üçün yeni bir dövr başladı. Artıq kuboklar qazanmağımız lazımdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin