Avropa çempionatı: Azərbaycan millisi Rusiyaya da uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv A qrupundakı üçüncü oyununda Rusiya ilə qarşılaşıb. Voleybolçularımız bu görüşü də məğlubiyyətlə başa vurublar.
Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edir.
Azərbaycan yığması bundan əvvəl Belçikaya və Bosniya və Herseqovinaya 0:3 hesabıyla uduzub.
Avropa çempionatı
22 avqust
A qrupu
Azərbaycan – Rusiya 0:3 (16:25, 17:25, 13:25)
Bizi Facebook-da izləyin