“Sabah”ın futbolçusunda koronavirus aşkarlandı
Azərbaycan milli komandasının və “Sabah”ın futbolçusu Aleksey İsayev koronavirusa yoluxub.
Bu barədə “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a məlumat verib. İsayevin həftənin əvvəlində verdiyi koronavirus testi müsbət çıxıb.
O, Premyer Liqanın 2-ci turunun “Sumqayıt”la matçını buraxmalı olacaq.
“Sumqayıt” – “Sabah” matçı avqustun 21-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin