“Arsenal”ın hücumçuları koronavirusa yoluxub

İngiltərənin “Arsenal” klubunun futbolçuları Aleksandr Lakazett və Pyer-Emerik Obameyanq koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb. Hər iki hücumçu bir müddət əvvəl koronavirusa yoluxub və bu səbəbdən Premyer Liqanın ilk turunun “Brentford”la səfər matçında (0:2) iştirak edə bilməyib.

Obameyanq artıq koronavirusdan sağalıb. Son koronavirus testi neqativ olan hücumçu yaxın zamanda məşqlərə başlayacaq.

Lakazett isə hələ bərpa müddəti keçir. Fransalı hücumçunun koronavirus testi mənfi olandan sonra komandaya qoşula biləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button