Konfrans Liqası: “Tottenhem” də uduzdu, Türkiyə klubları da
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri “Qarabağ” və “Neftçi” də ilk oyunlarına bu gün çıxıb.
“Qarabağ” Şotlandiyanın “Aberdin”, “Neftçi” isə İsrailinin “Makkabi” (Hayfa) komandasını qəbul edib. Hər iki matç Bakıda keçirilib. “Qarabağ” meydanı qələbə, “Neftçi” heç-heçə ilə tərk edib.
Türkiyənin “Trabzonspor” klubu bu mərhələdə İtaliya “Roma”sı ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç “canavarlar”ın qələbəsiylə yekunlaşıb. Qonşu ölkənin digər təmsilçisi “Sivasspor”un rəqibi isə Danimarkanın “Kopenhagen” komandası olub. Bu oyun da Türkiyə təmsilçisinin məğlubiyyəti ilə bitib.
İngiltərənin “Tottenhem” komandası Portuqaliya “Pasuş de Fereryra”sını sınağa çəkib. London klubu da minimal hesabla uduzub.
UEFA Avropa Konfrans Liqası, pley-off mərhələsi, ilk oyunlar
19 avqust
Şaxtyor (Qazaxıstan) – Makkabi (Təl-Əviv, İsrail) 1:2
Rakuv (Polşa) – Gent (Belçika) 1:0
KuPS (Finlandiya) – Union Berlin (Almaniya) 0:4
Qarabağ (Azərbaycan) – Aberdin (Şotlandiya) 1:0
Flora (Estoniya) – Şemrok Rovers (İrlandiya) 4:2
LASK (Avstriya) – Sent-Conston (Şotlandiya) 1:1
Hapoel (Beer-Seva) – Anortosis (Kipr) 0:0
Viktoriya (Çexiya) – ÇSKA (Sofiya, Bolqarıstan) 2:0
Riqa (Latviya) – Linkoln (Cəbəllütariq) 1:1
Neftçi (Azərbaycan) – Makkabi (Hayfa, İsrail) 3:3
Jalgiris (Litva) – Bude-Qlimt (Norveç) 2:2
Fola (Lüksemburq) – Kayrat (Qazaxıstan) 1:4
Trabzonspor (Türkiyə) – Roma (İtaliya) 1:2
Bazel (İsveçrə) – Hammarbü (İsveç) 3:1
Yablonets (Çexiya) – Jilina (Slovakiya) 5:1
Sivasspor (Türkiyə) – Kopenhagen (Danimarka) 1:2
PAOK (Yunanıstan) – Riyeka (Xorvatiya) 1:1
Feyenoord (Niderland) – Elfsborq (İsveç) 5:0
Anderlext (Belçika) – Vitess (Niderland) 3:3
Renn (Fransa) – Rusenborq (Norveç) 2:0
Pasuş de Ferreyra (Portuqaliya) – Tottenhem (İngiltərə) 1:0
Santa Klara (Portuqaliya) – Partizan (Serbiya) 2:1
Bizi Facebook-da izləyin