Avropa Liqası: “Fənərbaxça”dan qələbə, “Qalatasaray”dan heç-heçə

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Serbiyanın “Srvena Zvezda” komandası doğma meydanda Rumıniya ÇFR-ini qəbul edib və darmadağına sevinib.

İkinci oyun günündə daha bir görüş baş tutub. “Seltik” doğma meydanda “Alkmaar”la üz-üzə gəlib. Şotlandiya təmsilçisi niderlandlıları məğlub yola salıb.

Pley-off mərhələsinin digər oyunları bu gün keçirilib. 3-cü mərhələdə “Neftçi”ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə “Fənərbaxça” ilə qarşılaşıb və minimal hesabla uduzub. Türkiyənin digər təmsilçilərindən “Qalatasaray”ın rəqibi isə Danimarka “Randers”i olub. Bu oyunda qalib müəyyənləşməyib.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” pley-offda Çexiyanın “Slaviya” komandası ilə üz-üzə gəlib. Dörd qolun vurulduğu bu görüş də heç-heçə bitib.

Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar

17 avqust

Srvena Zvezda (Serbiya) – ÇFR (Rumıniya) 4:0

18 avqust

Seltik (Şotlandiya) – Alkmaar (Niderland) 2:0

19 avqust

Slaviya (Praqa, Çexiya) – Legiya (Polşa) 2:2

Omoniya (Kipr) – Antverpen (Belçika) 4:2

Randers (Danimarka) – Qalatasaray (Türkiyə) 1:1

Mura (Sloveniya) – Şturm (Avstriya) 1:3

Fənərbaxça (Türkiyə) – HJK (Finlandiya) 1:0

Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya) 3:0

Reyncers (Şotlandiya) – Alaşkert (Ermənistan) 1:0

Rapid (Avstriya) – Zarya (Ukrayna) 3:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button