Azərbaycan Premyer Liqasının oyunlarına azarkeşlər buraxılacaq!

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

Komanda.az xəbər verir ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Azərbaycan Premyer Liqasında yeni mövsümə bu gün “Sabah” – “Səbail” matçıyla start veriləcək. Qarşılaşma saat 18:30-da başlayacaq. (Report)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button