Tuxelin zarafatı

İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Tomas Tuxel açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, Dortmund “Borussiya”sından Erlinq Halandı transfer etmək istəmələri ilə bağlı verilən suala zarafatla cavab verib:

“Bəli, Lukakunu və Halandı birlikdə transfer etmək istəyirdik. 10 nömrə üçün Robert Levandovskini alacaqdıq, ancaq alınmadı. Rəhbərliyə müraciət etdik, bizi eşitmədilər. Buna görə də Lukakunun keçidi ilə xoşbəxt olmalıyıq”.

“Çelsi” Lukakunu “İnter”dən 115 milyon avro qarşılığında transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button