Avropa çempionatı: Azərbaycan millisi hazırlığını davam etdirir
Oktyabrın 30-dan noyabrın 6-na qədər Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq mini futbol üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandası baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında iyulun 1-dən etibarən Böyükşor bulvarında yerləşən “Azfar Group” stadionunda təlim-məşq toplanışına start verib.
Komanda.az xəbər verir ki, hazırda millinin heyətində sabiq futbolçu və futzalçılardan Hüseyn Axundov, Tural Nərimanov, Eşqin Quliyev, Bəxtiyar Soltanov, Seymur Məmmədov, Ramil Həsənzadə, Asif Zeynalov və İlkin Hacıyev kimi adlar var.
Milli komandanın Bakıdakı hazırlığı oktyabr ayına qədər davam edəcək. Daha sonra Slovakiyaya yollanacaq yığma Koşitsedə yerləşən “Kristal” otelində məskunlaşacaq. Azərbaycan millisi ilə yanaşı, iştirakçı komandalardan Fransa, Bosniya və Hersoqovina, İsrail kimi ölkələrin də yığmaları adı çəkilən oteldə qalacaqlar.
Avropa çempionatının bütün oyunları “Steel Arena”da keçiriləcək. Turnirin püşkatma mərasimi sentyabrın 13-də keçiriləcək.
Bizi Facebook-da izləyin