Avroliqa: Pley-offun cütləri müəyyənləşdi
Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Neftçi”ni mübarizədən kənarlaşdıran HJK, pley-offda “Fənərbaxça” ilə qarşılaşacaq.
Türkiyənin digər təmsilçisi “Qalatasaray”ın pley-offdakı rəqibi isə Danimarka “Randers”i olacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Polşa “Legiya”sı da bu turnirin pley-offunda Praqa “Slaviya”sı ilə üz-üzə gələcək.
Pley-offun ilk oyunları avqustun 17-də və 19-da, cavab görüşləri isə ayın 26-da keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
Srvena Zvezda (Serbiya) – ÇFR Kluj (Rumıniya)
Randers (Danimarka) – Qalatasaray (Türkiyə)
Seltik (Şotlandiya) – Alkmaar (Niderland)
Rapid (Avstriya) – Zarya (Ukrayna)
Fənərbaxça (Türkiyə) – HJK (Finlandiya)
Mura (Sloveniya) – Şturm Qraz (Avstriya)
Omoniya (Kipr) – Antverpen (Belçika)
Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya)
Reyncers (Şotlandiya) – Alaşkert (Ermənistan)
Slaviya (Praqa, Çexiya) – Legiya (Polşa)
Bizi Facebook-da izləyin