Duşan Kerkes: “Baş verənləri yaxşı qarşılamıram”

Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkesin Konfrans Liqasının 3-cü mərhələsinin “Qarabağ”la matçından sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçı belə şərh edib:

  • “Qarabağ”ı təbrik edirəm. Futbolçularıma əzmkarlıqlarına görə təşəkkür edirəm. Nəticə məni məmnun edə bilməz. Özümüzdən büdcə baxımından 5-6 dəfə böyük bir kluba uduzduq. Stadiondakı atmosferdən çox razı qaldım.
  • Bu nəticəni faciə hesab edirsiz?
  • Nəticəyə görə üzülürük. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Hər oyuna qələbə üçün çıxırıq. Bir müddət istirahət etdikdən sonra çempionata köklənəcəyik.
  • İlk oyundakı komanda ilə bugünkü fərqlənirdi. Bu gün istədiyiniz oyunu sərgiləyə bilməməyinizin səbəbi nə idi?
  • Öz oyunumuzu göstərə bilmədik. Meydançanın vəziyyəti hər iki komandaya mane oldu. “Qarabağ” bizdən daha təcrübəlidir. Oyunu təhlil etməyə vaxtımız var. Nəticə çıxarmağa çalışacağıq.
  • İlk oyunda kiprli azarkeşlərlə Qurban Qurbanov arasında olan hadisələrə yanaşmanız necədir və bu gün bu sizə qarşı baş versəydi, necə reaksiya verərdiz?
  • Qurban Qurbanovun artıq komandada 13-cü ilidir. Bu münasibətlə onu təbrik edirəm. Yaxşı komanda yaradıb. Ümimiyyətlə, geriyə baxmağı xoşlamıram. Baş verənləri yaxşı qarşılamıram. Siyasətlə futbolu qarışdırmaq istəmirəm. Azarkeşlər tərəfindən bizə qarşı xoşagəlməz hal olduğunu deyə bilmərəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button