Rəşad Sadıqov: “Bizim klublara qarşı belə hallar çox baş verib”
“Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov “Qarabağ Azərbaycandır!” şüarı adı altında keçirilən turnirdə iştirak edir.
Komanda.az xəbər verir ki, Sadıqov, oyundan əvvəl jurnalistlərə açıqlama verib:
“Maraqlı təklif gəldi. Maraqlı oyun alınacaq. Heyətdə yer alanlar Azərbaycan futbolunun son illərinin qaymaqlarıdır. Maraqlı təşəbbüsdür. Uzun müddətdir futbol oynamırdıq”.
Sadıqov “Qarabağ” klubunun dünən Konfrans Liqasının AEL-lə ilk matçında yaşanan hadisələrə də münasibətini bildirib:
“Hər bir azərbaycanlı üçün belə şeyi izləmək ağırdır. Xüsusilə də səfərdə olanda. Narahat qalırsan, nə baş verdiyini bilmirsən. Son illərdə bizim klublara qarşı belə hallar çox baş verib. Mənim 16-17 yaşım olanda “Neftçi” APOEL səfərində belə halla üzləşmişdi. Hamı kimi mən də narahat oldum. Şükür ki, hər şey yaxşı bitdi”.
Rəşad Sadıqov Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən idmançılara da uğurlar arzu edib:
“Olimpiadada iştirak etmək hər idmançı üçün böyük uğurdur. Hacı Əliyev uğurlu çıxış etdi. Onunla Rafael Ağayev Olimpiadada yaxşı uğura imza atdılar. Ümid edirəm ki, sabah Hacı Əliyev qızıl medal qazanacaq. Bütün medal qazanan, olimpiadada iştirak edən idmançıları təbrik edir, onlara uğurlar arzu edirəm”.
Bizi Facebook-da izləyin