“Neftçi”nin rəqibində yeni futbolçu – rəsmi

“Neftçi”nin Avropa Liqasının 3-cü mərhələsindəki rəqibi HİK klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Finlandiya təmsilçisi Polşanın “Poqon” klubundan Santeri Hostikkanı transfer edib. Bu barədə Helsinki klubunun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2022-ci ilin dekabrına qədər nəzərdə tutulub.

Santeri 2019-cu ildən “Poqon”da çıxış edirdi. O, bu klubla 49 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Neftçi” HİK-lə ilk matçda qollu bərabərə qalıb – 2:2. Komandalar arasındakı cavab oyunu avqustun 12-də, Finlandiyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button