Kuman razıdır

“Barselona”nın baş məşqçisi Ronald Kuman Avstriyanın “Zalsburq” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Kuman, 1:2 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Yeni mövsümə hazırlıqlarımız davam edir və yaxşı rəqiblə qarşılaşdıq. Oyun yüksək tempdə keçdi. Çox işləməli olduq. Bu, əladır. Hər iki komandanın ifasında maraqlı oyun izlədik. Uduzsaq da, mükəmməl oyun oldu. Komandamın işindən razıyam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button