“Beşiktaş”ı “Trabzonspor”a dəyişdi
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Trabzon klubu Super Liqanın digər təmsilçisi “Beşiktaş”dan Dorukhan Toközü transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. “Beşiktaş”la müqaviləsinin müddəti bu yay başa çatan futbolçu, Trabzon təmsilçisinə azad agent kimi keçib.
Qeyd edək ki, Dorukhan Toköz peşəkar karyerasına “Əskişəhərspor”da başlayıb. Türkiyə millisinə də dəvət alan futbolçu, 2018-ci ildən “Beşiktaş”da forma geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin