“Mançester Yunayted” azarkeşlərinə bəd xəbər
“Mançester Yunayted”in futbolçusu Aleks Telles sentyabra qədər yaşıl meydanlardan uzaq qalacaq.
Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb. Hazırda zədəli olan braziliyalı müdafiəçinin bərpası sentyabra qədər çəkəcək.
İngiltərə Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək. “Mançester Yunayted” ilk turda “Lids”i qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin