18 yaşında tarixə düşdü
ABŞ-ın “Dallas” klubunun futbolçusu Rikardo Pepi rekorda imza atıb.
Komanda.az xəbər verir ki, Pepi MLS tarixində het-trik edən ən gənc futbolçu olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
15-ci tur çərçivəsində “Los Anceles Qalaksi”yə qarşı keçirilən matçda (4:0) 3 qol vuran Pepi 18 yaş 196 günlüyündə olub.
Pepi bu mövsüm MLS-də 13 oyunda 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin