Tokio-2020: Azərbaycan boksçusundan inamlı qələbə – erməni ilə qarşılaşacaq
Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb.
63 kq çəkidə mübarizə aparan azərbaycanlı dünya çempionu “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilən yarışın 1/16 final çərçivəsində Yaroslav Hartsizlə (Ukrayna) döyüşüb. Görüş Cavid Çələbiyevin 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.
Çələbiyev 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin