Tokio-2020: 3 rekord qırıb, qızıl medal qazandı
Çinin qadın ağırlıqqaldıranı Xou Çjixuey Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Komanda.az xəbər verir ki, 49 kq-da mübarizə aparan idmançı birdən qaldırmada 94 kq, təkanla qaldırmada isə 116 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 210 kq nəticə göstərən Çjixuey ağır atletikada olimpiya çempionu olub. 24 yaşlı çinli idmançı hər üç göstəricidə öz çəkisi üzrə olimpiya rekordu qırıb.
49 kq çəkidə hindistanlı Sayhom Mirabay ümumilikdə 202 kq ilə 2-ci, indoneziyalı Kantika Aysa isə 194 kq ilə 3-cü yeri tutub.
Çin Tokio-2020-də 2-ci qızıl medalını qazanıb. Bundan əvvəl qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışlarında Tsyan Yan qızıl medal qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin