Tokio-2020: Azərbaycan velosipedçisi finişə çata bilmədi

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Komanda.az xəbər verir ki, velosipedin şosse növündə Elçin Əsədov finişə çata bilməyib. Ümumilikdə 234 km məsafə qət etməli olan Əsədov sona 127 km qalmışadək liderlər qrupunda olsa da, sonda finiş xəttinə çata bilməyib.

Bundan əvvəl Azərbaycanı təmsil edən iki cüdoçu, Kəramət Hüseynov ilə Aişə Qurbanlı və güllə atıcısı Ruslan Lunyov Tokio-2020-də mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button