Tokio-2020: Azərbaycan təmsilçisi finala yüksələ bilmədi

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokioda keçirilən Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

Komanda.az xəbər verir ki, o, 10 metr məsafəyə atəşaçmada mübarizəni təsnifat mərhələsində dayandırıb. Lunyov 6 atışdan 574 xal toplayıb və yarışı 20-ci pillədə bitirib. Bu nəticə Lunyovun final mərhələsinə vəsiqə qazanması üçün yetərli olmayıb.

Bundan əvvəl Azərbaycanı təmsil edən iki cüdoçu – Kəramət Hüseynov və Aişə Qurbanlı Tokio-2020-də mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button