Niderland yığmasının sabiq hücumçusu ölkəsinə qayıtdı

Niderlandın “Tvente” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Erediviziya təmsilçisi “Bazel”dən ayrılan Rikki van Volfsvinkeli heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu ilə 2+1 şərtiylə müqavilə imzalanıb.

Rikki karyerası ərzində İngiltərədə “Norviç”, İspaniyada “Betis”, Fransada “Sent-Etyen”, İsveçrədə “Bazel”, Niderlandda “Utrext”, “Vitess” kimi klublarda çıxış edib. Hücumçu Niderland yığmasında 2 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button