“Bu oyun bizim “Sumqayıt”dan daha yaxşı olduğumuzu göstərdi”

Serbiyanın “Çukariçki” komandasının məqçisi Pavle Delibaşiç Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu oyun bizim üçün xüsusi önəm daşıyırdı. 90 dəqiqə ərzində qol vurmağa çalışsaq da, alınmadı. Qarşıda cavab matçı var. Ümid edirəm ki, həmin oyunda rəqibin müdafiə xəttini yarıb qol vuracaq və növbəti raunda adlayacağıq.

Qol bura bilmədik. Oyunçu seçiminə gəlincə, səhv edə bilərik. Amma belə olmaya da bilər. Çünki 90 dəqiqə ərzindəki təzyiq bizim daha yaxşı olduğumuzu göstərdi. Rəqibi müdafiədə saxladıq. “Sumqayıt” oyun ərzində heç nəyi dəyişə bilmədi. Qonaqların oyun üslubuna heç bir etirazım yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button