Kamran Ağayev üçün mövsüm başa çatdı
Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə keçirilən oyunda (0:1) zədələnən “Keşlə”nin qapıçısı Kamran Ağayev üçün mövsüm erkən başa çatıb.
Komanda.az xəbər verir ki, həkimlərin müayinəsindən sonra Ağayevin 4 aya yaxın müddətdə meydana çıxmayacağı məlum olub. 33 yaşlı qapıçının qolunda çat olduğu bildirilib.
Ağayev “Neftçi” ilə görüşün 28-ci dəqiqəsində zədələnərək, Davud Kərimi ilə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin