Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla uduzdu

Bu gün UEFA Çempionlar Liqasında 2-ci mərhələnin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 6 matç oynanılıb. Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası doğma meydanda Kiprin “Omoniya” kollektivini qəbul edib və inamlı qələbəyə sevinib.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” bu mərhələdəki oyununa bu gün çıxıb. “Ağ-qaralar” Yunanıstanın “Olimpiakos” komandasının qonağı olub və minimal hesabla uduzub.

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” Estoniyanın “Flora” komandasını sınağa çəkib və çətin qələbəyə sevinib. Türkiyənin “Qalatasaray” klubu isə səfərdə Niderland PSV-sinin qonağı olub. İstanbul təmsilçisi bu görüşdə böyük hesabla uduzub.

2-ci mərhələnin cavab oyunları 27-28 iyulda keçiriləcək.

Çempionlar Liqası, 2-ci mərhələ, ilk oyunlar

20 iyul

Alaşkert (Ermənistan) – Şerif (Moldova) 0:1

Linkoln (Cəbəllütariq) – ÇFR (Rumıniya) 1:2

Ferentsvaroş (Macarıstan) – Jalgiris (Litva) 2:0

Dinamo (Zaqreb, Xorvatiya) – Omoniya (Kipr) 2:0

Rapid (Vyana, Avstriya) – Sparta (Praqa, Çexiya) 2:1

Seltik (Şotlandiya) – Midtyulland (Danimarka) 1:1

21 iyul

Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya) 2:1

Malmö (İsveç) – HİK (Finlandiya) 2:1

Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan) 0:0

Slovan (Bratislava, Slovakiya) – Yanq Boyz (İsveçrə) 0:0

PSV (Niderland) – Qalatasaray (Türkiyə) 5:1

Olimpiakos (Yunanıstan) – Neftçi (Azərbaycan) 1:0

Legiya (Polşa) – Flora (Estoniya) 2:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button