Uruqvay millisinin sabiq üzvü intihar etdi – 38 yaşında

Uruqvayın ikinci liqasının “Vilya-Teresa” klubunun futbolçusu Uilyams Martines vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı uruqvaylı müdafiəçinin ölüm səbəbi açıqlanmayıb.

Uruqvay mətbuatının xəbərinə görə, Martines intihar edib.

Karyerası ərzində Uruqvayda “Defensor”, “Çaçarito”, “Serro”, “River Pleyt”, Fransada “Reyms”, “Valensyen”, İngiltərədə “Vest Bromviç” kimi klublarda çıxış edən Martines, Uruqvay millisi ilə 1 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button