“İnter”in türk sevgisi – “Fənərbaxça”yla rəsmi danışığa başladılar
İtaliyanın “İnter” klubunun türkiyəli qapıçı Altay Bayındırı transfer etmək istədiyini xəbər vermişdik.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milan klubu “Fənərbaxça”nın formasını geyinən 23 yaşlı futbolçu üçün rəsmi danışıqlara start verib. Belə ki, “İnter” Türkiyə millisinin də formasını geyinən qolkiper üçün “Fənərbaxça”ya rəsmi müraciət edib.
“Fənərbaxça” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan Altayın “transfermarkt”da dəyəri 14 milyon avrodur.
“İnter” bir müddət əvvəl daha bir türk futbolçunu – Hakan Çalhanoğlunu “rənglərinə bağlamışdı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin