“Sabah”ın futbolçusunda koronavirus aşkarlandı – Tbilisiyə aparılmadı

“Sabah”ın futbolçusu Saşa Stamenkoviç koronavirusa yoluxub.

Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, 36 yaşlı qapıçının koronavirus testi müsbət çıxıb və hazırda ev şəraitində tam izolyasiya olub. Saşa koronavirusa yoluxduğu üçün komandanın Gürcüstandakı təlim-məşq toplanışına aparılmayıb.

Saşada koronavirus toplanışdan bir neçə gün əvvəl aşkarlanıb. 14 günlük karantinə alınan qapıçı çox güman ki, Gürcüstan toplanışını buraxacaq.

“Sabah” Gürcüstan toplanışında 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyulun 20-də “Şukura”, iyulun 23-də “Samqurali”, iyulun 28-də isə “Saburtalo” ilə qarşılaşacaq. “Sabah” iyulun 29-da vətənə qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button