“Bavariya”da ciddi itki
Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Alfonso Devis zədələnib.
Komanda.az xəbər verir ki, 20 yaşlı vinger komandanın hazırlıq prosesi zamanı sıradan çıxıb.
Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Artıq Münhenə dönən futbolçunun sol ayaq biləyinin oynaq bağının qopması diaqnozu qoyulub.
Qanalı yarımmüdafiəçinin azı bir ay yaşıl meydanlardan uzaq qalacağı diqqətə çatdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin