AÇ-2020: “Bu ağrının təsiri karyeramızın gələcək hissəsində də hiss olunacaq” – Keyn
İngiltərə millisinin futbolçusu Harri Keyn AÇ-2020-nin finalında İtaliyaya uduzduqları görüşdən sonra fikirlərini bildirib.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, yığmanın kapitanı çox məyus olduqlarını deyib:
“Qazandıqlarımıza baxsaq, özümüzlə fəxr etmək üçün böyük səbəbimiz var. Hamımız qalibik. Finalı qazanmaq istəyirdik, ancaq olmadı. Yəqin buna görə bir müddət məyus qalacağıq. Bu ağrının təsiri karyeramızın gələcək hissəsində də hiss olunacaq. Amma nə etmək olar? Futboldur, belə şeylər olur”.
İngiltərə yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçın penaltilər seriyasında İtaliyaya 2:3 hesabıyla uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin