AÇ-2020: “Ürəyim ağrıyır, çox məyusam”
İngiltərə millisinin futbolçusu Harri Maquayr AÇ-2020-nin finalında İtaliyaya uduzduqları görüşdən sonra fikirlərini bildirib.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, ingilis müdafiəçi, çox məyus olduqlarını deyib:
“Ürəyim ağrıyır, çox məyusam. Uşaqlar çox pisdir. Hər şeyimizi verdik, alınmadı. Ürəyim parçalandı”.
İngiltərə yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçın penaltilər seriyasında 2:3 hesabıyla İtaliyaya uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin