Azərbaycan millisinin hücumçusu bir gündə 2 sınaq matçına çıxdı
Ukraynanın “Kolos” komandası ötən gün daha iki yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin formasını geyindiyi bu komanda əvvəlcə “Kramatorsk”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 1:0 hesabı ilə qalib ayrılıb. Nuriyev bu görüşdə 90 dəqiqə meydanda olub.
İkinci matçda “Kolos”un rəqibi “Dnepr-1” olub. Bu oyunda isə qapılara qol vurulmayıb. Nuriyev bu görüşdə də iştirak edib. Millimizin üzvü 62-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, Nuriyev daha öncə “Aleksandriya” ilə yoxlama qarşılaşmasında (2:0) iştirak etmiş və həmin oyunda penaltidən qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin