“Mançester Yunayted” futbolçusunu icarəyə verdi
İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Tahit Çonqu yenidən icarəyə göndərib.
Komanda.az xəbər verir ki, 21 yaşlı niderlandlı futbolçu 2021/22 mövsümünü “Birmingem Siti”də icarədə keçirəcək.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Gənc yarımmüafiəçi bir mövsümlük icarəyə götürülüb.
Qeyd edək ki, Çonq 2016-cı ildən “Mançester Yunayted”dədir. O, geridə qalan mövsümü də Almaniyanın “Verder” və Belçikanın “Brügge” klublarında icarədə keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin