İtaliya klubunda yeni baş məşqçi
İtaliyanın “Spetsiya” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Tyaqo Motta çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Motta futbolçu karyerası ərzində “Barselona”, “Atletiko” (Madrid), “Cenoa”, “İnter” və PSJ kimi klublarda çıxış edib. İtaliya yığmasının sabiq yarımmüdafiəçisi, məşqçilik karyerasına da elə PSJ-nin U-19 komandasında başlayıb. 2019-cu ildə o, Paris təmsilçisindən ayrılaraq “Cenoa”ya baş məşqçi təyin olunub. Lakin gənc məşqçinin bu klubdakı fəaliyyəti cəmi 4 ay davam edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin