AÇ-2020: “Səhv etmək şansım yox idi”
İspaniya milli komandasının futbolçusu Mikel Oyarzabal AÇ-2020-nin 1/4 final mərhələsində İsveçrəni məğlub etdikləri oyundan (1:1, penaltilər 3:1) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Oyarzabal, matçla bağlı bunları deyib:
“Səhv etmək şansım yox idi. Qolu vurmağı bacardım. Topa doğru gedəndə beynimdən çox şey keçirdi. Sanki bu yol bitməyəcəkdi.
Belə oynamağa davam etsək, finala yüksəlmək ehtimalımız çox yüksəkdir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin