AÇ-2020: Danimarka və İngiltərə də yarımfinalda!
Bu gün AÇ-2020-nin 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
1/8 final mərhələsində dünya çempionatının son qalibi Fransanı mübarizədən kənarlaşdıraraq, sürprizə imza atan İsveçrə yığması bu dəfə İspaniya millisi ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən matçın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ispanlar ilk yarımfinalçı olublar.
Günün digər matçı Almaniyanın Münhen şəhərində baş tutub. Burada turnirin favoritlərindən olan Belçika və İtaliya milli komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı matç italyanların qələbəsiylə başa çatıb. Beləcə, İtaliya yığması yarımfinala yüksələrək İspaniya millisinə rəqib olub.
1/4 final mərhələsinin digər görüşləri bu gün keçirilib. Günün ilk matçı Çexiya və Danimarka yığmaları arasında baş tutub. Bakı Olimpiya Stadionunda təşkil olunan bu görüşdə qapılara 3 qol vurulub. Yekunda qələbə Danimarka yığmasına qismət olub və yarımfinala yüksəlib.
1/4 finalın digər matçında İngiltərə millisi Ukrayna yığması ilə üz-üzə gəlib. Rəqibini darmadağın edən İngiltərə yığması sonuncu yarımfinalçı olub.
AÇ-2020, 1/4 final mərhələsi
2 iyul
İsveçrə – İspaniya 1:1 (penaltilər 1:3)
Qol: D.Zakariya, 8-öz qapısına.
Qırmızı vərəqə: R.Froyler, 77.
Baş hakim: Mayk Oliver (İngiltərə)
İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 6. Denis Zakariya, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri (k).
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 4. Pau Torres, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 18. Jordi Alba, 22. Pablo Sarabiya, 24. Aymerik Laporte, 26. Pedri.
Belçika – İtaliya 1:2
Qol: R.Lukaku, 45+2-pen – N.Barella, 31. L.İnsinye, 44.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 3. Tomas Vermalen, 5. Yan Vertongen (k), 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Yuri Tilemans, 9. Romelu Lukaku, 15. Tomas Munye, 16. Torqan Hazard, 25. Jeremi Doku.
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.
3 iyul
Çexiya – Danimarka 1:2
Qol: P.Şik, 49 – T.Dileyni, 5. K.Dolberq, 42.
Baş hakim: Byörn Kuypers (Niderland)
Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 7. Antonin Barak, 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 13. Petr Şevçik, 15. Tomaş Souçek (k), 18. Yan Boril.
Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq.
Ukrayna – İngiltərə 0:4
Qol: H.Keyn, 4; 50. H.Maquayr, 46. C.Henderson, 63.
Baş hakim: Feliks Brix (Almaniya)
Ukrayna: 1. Georgi Buşçan, 4. Sergey Krivçov, 5. Sergey Sidorçuk, 7. Andrey Yarmolenko (k), 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 16. Vitali Mikolenko, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 17. Ceydon Sanço, 19. Meyson Maunt.
Bizi Facebook-da izləyin