“Borussiya”nın yeni idman direktoru o olacaq
Almaniyanın “Borussiya” klubunun idman direktoru Mixael Çork 2022-ci ilin yayında vəzifəsindən ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Çorkdan boşalacaq vəzifəni Sebastyan Kel tutacaq. Artıq tərəflər arasında razılıq əldə edilib.
Kel 2018-ci ildən “Borussiya” klubunda idman şöbələrinin birində işləyir. 41 yaşlı funksioner futbolçu kimi 2002-2015-ci illər aralığında Dortmund klubunda çıxış edib.
Mixael Çork 1998-ci ildən “Borussiya”da işləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin