Halanddan 500 min avroluq qonaqlıq
Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland tətilini Yunanıstanın Mikonos adasında keçirir.
Komanda.az xəbər verir ki, 20 yaşlı futbolçu bir gün axşam yeməyində dostlarına qonaqlıq verib. Bu barədə Yunanıstanın “sportime.gr” saytı məlumat yayıb. Haland üçün bu ziyafət 500 min avroya başa gəlib. Futbolçunun bu məbləği 5-6 saat ərzində xərclədiyi bildirilib.
Norveçli hücumçu bundan başqa, 30 min avroya da avtomobil icarəyə götürüb.
Halandın “Borussiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Hücumçu ötən mövsüm 40 oyunda 40 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin