“İnter” Türkiyə millisinin üzvü ilə razılaşdı
“Milan”la müqaviləsinin müddəti bitən Hakan Çalhanoğlu karyerasını “İnter”də davam etdirəcək.
Komanda.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi “neradzurra” ilə artıq razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Hakanın sabah tibbi müayinədən keçdikdən sonra “İnter”lə rəsmi müqavilə imzalayacağı bildirilib.
2017-ci ildən “Milan”da çıxış edən 27 yaşlı futbolçu klubla müddəti bitən müqaviləsini yeniləməyib.
Hakan Çalhanoğlu Türkiyə yığması ilə AÇ-2020-də iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin