AÇ-2020: “Vallah, çox məyusuq” – Türkiyə millisinin üzvü
Türkiyə milli komandasının futbolçusu Merih Demiral AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda İsveçrəyə məğlub olduqları oyundan (1:3) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Demiral, turnirlə vidalaşmaları ilə bağlı bunları deyib:
“Vallah, çox məyusuq. Belə olacağını gözləmirdik. Xalqımızın bizdən gözləntiləri çox idi. Məyusluğumuz da daha çox oldu. Sözlər kifayət etmir. Deyəcək bir şey yoxdur. Turnirin ən gənc komandasıyıq. Qarşıdakı yarışlarda yaxşı olduğumuzu göstərəcəyik.
Yaxşı gündə, pis gündə burdayam. Mən komanda yoldaşlarıma güvənirəm. Qarşıdakı turnirlərdə daha yaxşı olacağıq. AÇ-2020 yaxşı təcrübə oldu. Üzr istəyirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin