Millinin bombardiri karyerasını bitirdi

Avstraliya millisinin və “Everton”un sabiq üzvü Tim Keyhill karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 39 yaşlı futbolçu “goal.com”a açıqlamasında deyib.

Karyerası ərzində “Everton”, “Nyu York Red Bullz”, “Milluoll” kimi komandaların şərəfini qoruyan Keyhillin son iş yeri Hindistanın “Camşedpur” klubu olub.

Keyhill, Avstraliya millisində çıxdığı 108 oyunda 50 dəfə fərqlənərək, yığma tarixində ən çox qol vuran futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button