Amerika kuboku: Argentina millisi Uruqvayı məğlub etdi
Futbol üzrə Amerika kubokunda qrup mərhələsinin 2-ci turuna yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə B qrupunun qarşılaşmaları keçirilib. 2-ci turun açılış matçında Kolumbiya yığması Venesuela ilə qolsuz bərabərə qalıb. Qrupun lideri Braziliya yığması Peru üzərində darmadağına sevinib – 4:0.
A qrupunun görüşləri bu gün keçirilib. Çili Boliviyanı, Argentina isə Uruqvayı məğlub edib.
Amerika kuboku, qrup mərhələsi, 2-ci tur
18 iyun
B qrupu
Kolumbiya – Venesuela 0:0
Braziliya – Peru 4:0
Qol: Aleks Sandro, 12. Neymar, 68. Everton Ribeyro, 89. Riçarlison, 90+3.
19 iyun
A qrupu
Çili – Boliviya 1:0
Qol: Ben Brereton, 10.
Argentina – Uruqvay 1:0
Qol: Qvido Rodriqes, 13.
Bombardir: Neymar (Braziliya), Anxel Romero (Paraqvay) – 2 qol.
Bizi Facebook-da izləyin