AÇ-2020: “Hələ heç nə bitməyib” – Löv
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Fransaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Löv, 0:1 hesabıyla bitən görüşü belə şərh edib:
“Çox sürətli oyun oldu. Sona qədər mübarizə apardıq. Rəqibin cərimə meydançasında daha çox oynamaq istədik. Əlimizdən gəldiyi qədər cinahlardan hücum etmək istəyirdik. İstəmədən öz qapımıza qol vurduq. Orda Mats Hummelsin edə biləcəyi bir şey yox idi.
Məyus olduq, lakin hələ heç nə bitməyib. Qarşıda iki oyunumuz var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin