
“Neftçi” üçün “Olimpiakos”, “Srvena Zvezda” və “Şerif”
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, UEFA sabah baş tutacaq püşkdən bir gün öncə komandaları qruplara bölüb.
1-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tiflis) klubuna rəqib olan “ağ-qaralar” yenə səpələnməmişlər səbətində yer alıb. Paytaxt klubu Tiflis təmsilçisini keçəcəyi təqdirdə “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya) və ya “Teuta” (Albaiya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşa bilər.
Qeyd edək ki, sabah keçiriləcək püşkatmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin