“Neftçi”dən ayrıldı, “Zirə”yə keçə bilər

“Neftçi” klubu futbolçusu Bruno Teluşi ilə yollarını ayırıb.

Komanda.az “newsport.al” saytına istinadən xəbər verir ki, alban yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.

“Neftçi” ilə yollarını ayıran Teluşi karyerasını Azərbaycanda davam etdirə bilər. Belə ki, 30 yaşlı yarımmüdafiəçi ilə “Zirə” maraqlanır.

Teluşinin Albaniyanın “Partizani” klubundan da təklif aldığı və yaxın zamanda qərarını verəcəyi bildirilib.

2020-ci ilin sentyabrından “Neftçi”də çıxış edən Teluşi son mövsümdə Premyer Liqada 9 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button