“Milan” 28 milyon avroluq transferə hazırlaşır
İtaliyanın “Milan” klubu son mövsümü icarə əsasında komandada keçirən Fikayo Tomorinin transfer hüquqlarını “Çelsi”dən almağa hazırlaşır.
Komanda.az xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Milan” 23 yaşlı müdafiəçi üçün “Çelsi”yə 28 milyon avro ödəyəcək.
Bu ilin yanvarında icarə əsasında “Milan”a keçən Tomori A Seriyasında 17 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin